Rusiya Dövlət Dumasının sədri Azərbaycana gəlib
07 İyul 2012 Şənbə 18:27
Səfərin məqsədi Azərbaycanın və Rusiyanın qanunverici orqanları arasında və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana rəsmi səfərə gəlib. Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkini Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşıyıblar.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Sergey Narışkin və Oqtay Əsədov arasında qısa protokol söhbəti olub.

Səfərin məqsədi Azərbaycanın və Rusiyanın qanunverici orqanları arasında və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır.

Səfər çərçivəsində S.Narışkinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar