Rumıniyanın xarici işlər naziri Kristian Dyakonesku aprelin 8-9-da Azərbaycanda səfərdə olacaq. Bu barədə məlumatı Rumıniyanın Azərbaycandakı səfirliyi yayıb. K.Dyakoneskunun ikigünlük səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Rumıniyanın xarici işlər naziri Bakıda NATO-nun 60 illiyinə həsr olunmuş beynəlxalq konfransının açılışında da iştirak edəcək. /ANS PRESS/