Robert Simmons gələn ay Azərbaycana səfər edəcək
13 Mart 2010 Şənbə 13:00
NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons apreldə Azərbaycana səfərə gələcək.
Bu barədə APA-ya Rumıniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Nikolae Ureki məlumat verib. Onun sözlərinə görə, Robert Simmonsun aprelin 20-21-də Bakıda keçiriləcək NATO seminarına qatılmaq üçün ölkəmizə gələcəyi gözlənilir. Seminar BMT Təhlükəsizlik Şurasının adi silahlar haqqında 1540 saylı qətnamənin icrası məsələlərinə həsr olunacaq. Xatırladaq ki, Rumıniya səfirliyi ötən ilin yanvar ayından etibarən NATO-nun Azərbaycandakı koordinatoru funksiyasını yerinə yetirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: