Resul Quliyevin partiyası qerargahından çıxarıldı
30 Avqust 2013 Cümə 11:54
Sülheddin Ekber rehberlik etdiyi partiyanın hazırda KXCP-nin qerargahında yerleşdiyini bildirib.
Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) yerləşdiyi qərargahdan çıxarılıb. ANS PRESS xəbər verir ki, bu barədə Modern.az saytına partiya sədri Sülhəddin Əkbər məlumat verib. Onun sözlərinə görə, ACP icarəyə götürdüyü qərargahdan bir neçə gün bundan qabaq – avqustun 25-də çıxarılıb. Sülhəddin Əkbər rəhbərlik etdiyi partiyanın hazırda KXCP-nin qərargahında yerləşdiyini bildirib.

“Bəli, ACP icarəyə götürdüyü qərargahdan avqustun 25-də çıxarılıb. Hazırda biz KXCP-nin qərargahında yerləşmişik. Sağ olsun Mirmahmud Mirəlioğlu bizə yer verdi”. ACP sədrinin fikrincə, onların qərargahdan çıxarılması Milli Şura ilə bağlı olub. “Bizim ofisdən çıxarılmağımız hesab edirəm ki, Milli Şura ilə bağlı oldu. Milli Şuranın bir neçə toplantısı orada keçirildiyindən belə bir addım atdılar. Hələlik icarəyə ofis götürməyə gəlincə özümüzə gələk, sonra bu haqda düşünəcəyik”-deyə S.Əkbər bildirib.

ACP-nin çıxarıldığı qərargahla bağlı saytımıza digər məlumat da daxil olub. Adının çəkilməsini istəməyən mənbə bildirir ki, iş adamı Azər Əsgərova məxsus ofis ACP-dən alınraq AXCP-yə veriləcək. Hazırda AXCP ilə bu istiqamətdə danışıqlar aparıldığı qeyd olunur. ACP sədri Sülhəddin Əkbər bu haqda məlumata malik olmadığını deyib. Onun sözlərinə görə, bu barədə ofis sahibi qərar verə bilər.

Qeyd edək ki, ofisin sahibi Azər Əsgərov bir müddət öncə obyektin təcili satılması üçün birja portallarında elan vermişdi. Vaxtilə 3 milyon dollar qiymət qoyulan ofis bu yaxınlarda 800 min dollara satışa çıxarılmışdı. Media sözügedən ofisin sahibi Azər Əsgərovu fövqəladə hallar naziri Kəmaləddin Heydərov və onun müavini Orucəli Hacıyevə yaxın adam kimi qələmə verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar