«Referendum ümumiyyətlə beynəlxalq müşahidə obyekti deyil» ATƏT-in Bakı ofisi, Prezidentin İcra Aparatı və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə seçki prosesinə müdaxilənin qarşısının alınmasına dair sessiyada iştirak edən prezidentin icra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalsitlərə açıqlamaısnda belə deyib. Əli Həsənov buna baxmayaraq Avropanın mühüm institutlarının nümayəndələrini müşahidə üçün dəvət etdiklərini də qeyd edib: «Referendum ümumiyyətlə beynəlxalq müşahidə obyekti deyil. Bu, hər bir ölkənin daxili işidir. Parlament seçkisi, prezident seçkisi ATƏT-in müşahidə missiyasına daxildir və ATƏT bu müşahidəni ümumi şəkildə təşkil edir. Buna baxmayaraq, biz referenduma Avropanın mühüm inistitutlarından -Avropa Şurasından, Avropa Parlament Assambleyasından nümayəndələr dəvət etmişik. Əgər digər qurumlar bizə müracət edib referendumda iştirak etmək istəklərini desələr, onlar üçün də şərait yaratmağa hazırıq». /ANS TV/