Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
16 Oktyabr 2012 Çərşənbə Axşamı 01:01
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçiriləcək zirvə toplantısında iştirak edəcək.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək zirvə toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar