Ramiz Həsənov KOİCA üzvləri ilə görüşüb
28 Aprel 2011 Cümə Axşamı 19:49
SMPDK sədri Ramiz Həsənov Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin mütəxəssislərini qəbul edib.
Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Mərkəzi Asiya və MDB ölkələri üzrə bölməsinin rəhbəri Hi Suk Koh, təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Yanq Vu Kim və patent sahəsi üzrə mütəxəssis Byunq Yap Li ilə Komitə rəhbərliyi arasında görüş keçirilib. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşün əsas müzakirə mövzusu Komitə ilə KOİCA arasında imzalanması nəzərdə tutulan “Azərbaycanda əqli mülkiyyət idarəçiliyinin yaradılması” layihəsi olub.

Layihə Azərbaycanda əqli mülkiyyət üzrə inzibati işlərin avtomatlaşdırılması üçün kompyuterləşdirilmiş sistemin yaradılması, milli məlumat bazası toplusunun hazırlanması və Milli Rəqəmsal Əqli Mülkiyyət Kitabxanasının formalaşdırılması məqsədi daşıyır. Bunun üçün Cənubi Koreya Respublikasında uğurlu iqtisadi nəticələr vermiş “KİPOnet” sistemin Azərbaycanda tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, Standartlaşdırma, Merologiya və Patent üzrə Dövlət Komitəsi patent sisteminin modernləşdirilməsi məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə sıx əməkdaşlıq edir. Təşkilatın tövsiyələrinə uyğun olaraq bu sahədə Koreya Əqli Mülkiyyət Ofisi (KİPO) ilə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq Komitə ilə KİPO arasında əməkdaşlıq çərçivəsində, KOİCA-nın dəstəyi və ÜƏMT-nın iştirakı ilə Azərbaycanda mövcud əqli mülkiyyət sisteminin təkmilləşdirilməsinə dair layihənin həyata keçirilməsi barədə razılıq əldə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar