Radoslav Sikorski: Perspektivdə Azərbaycan üçün viza rejiminin tamamilə aradan qaldırılması mümkünd
18 İyul 2012 Çərşənbə 14:27
Azərbaycan və Polşa xarici işlər nazirləri birgə brifinq keçirib.
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşüb. APA-nın məlumatına görə, görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə brifinq keçirilib. Elmar Məmmədyarov görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, energetika, qaz və neft, Dağlıq Qarabağ münaqişəsi, xidməti pasport sahibləri üçün viza rejiminin sadələşdirilməsi kimi məsələlərin müzakirə olunduğunu deyib. XİN başçısı Azərbaycanla Polşa arasında əməkdaşlığın ən yüksək səviyyədə olduğunu vurğulayıb.

Polşanın xarici işlər naziri Radoslav Sikorski öz növbəsində ölkəsinin “Şərq Tərəfdaşlığı” proqramının əsas təşəbbüskarlarından biri olduğunu xatırladıb. Onun sözlərinə görə, bu proqram çərçivəsində viza rejiminin liberallaşdırılması nəzərdə tutulur və perspektivdə Azərbaycan üçün viza rejiminin tamamilə aradan qaldırılması mümkündür.

“Polşa Sərhəd Xidmətinin işinin effektivliyinin artırılmasında Azərbaycana kömək etməyə hazırdır. Ölkəmizin “Fronteks” agentliyi sərhədlərin monitorinqinin aparılmasına, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün treninqlərin keçirilməsinə dəstək verə bilər”.

Nazir qeyd edib ki, görüş zamanı iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafı məsələsi də müzakirə olunub. O, Polşanın enerji resurslarının nəqlinin diversifikasiyasında maraqlı olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar