Qənirə Paşayeva Bayburt valisi və bələdiyyə başçısı ilə görüşüb
19 İyul 2011 Çərşənbə Axşamı 13:48
Millət vəkili Qənirə Paşayeva Türkiyədə keçirilən 17-ci Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festifalında iştirakı çərçivəsində Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Polat ilə görüşüb.
APA-nın xəbərinə görə, görüş zamanı millət vəkili onlara Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərindən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da onların diqqətinə çatdırılıb.
Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Polat Türkiyənin daim dost, qardaş Azərbaycanın və onun haqlı davasının yanında olduğunu bildirib. Qənirə Paşayeva Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Polata Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar da təqdim edib. Bayburt bələdiyyə başçısı ilə görüşdə millət vəkili Türk dünyasının qədim yurd yerlərindən olan Bayburtla Tovuz rayonun qardaşlaşmış şəhərlər olması təklifini irəli sürüb və onun bu təklifi bələdiyyə başçısı tərəfindən dəstəklənib. Millət vəkili Qənirə Paşayeva Kərəm Al və Hacı Ali Polatı Azərbaycana rəsmi səfərə dəvət edib. Bayburt valisi şəhər meydanında keçirilən festival tədbirləri zamanı millət vəkili Qənirə Paşayevaya şəhər valiliyinin xüsusi mükafatını təqdim edib. Görüş və tədbirlərdə Mahmud Kaşqari Fondunun icraçı direktoru, şair Elxan Zal, Yazıçılar Birliyinin üzvü, şair Akif Ədmədgil də iştirak edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar