Qazaxıstan səfirliyində seçki məntəqəsi yaradılıb
30 Mart 2011 Çərşənbə 23:34
Ölkəmizdə olan qazaxlar aprelin 3-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edə biləcəklər.
Azərbaycanda olan Qazaxıstan sakinləri aprelin 3-də keçiriləcək növbədənkənar Qazaxıstan prezidenti seçkilərində iştirak edə biləcəklər. Sabah Qazaxıstanın ölkəmizdəki səfirliyində 140 nömrəli səsvermə məntəqəsi açılacaq.

Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib. Diplomat deyib ki, Azərbaycanda yaşayan Qazaxıstan vətəndaşlarının seçki siyahısına 193 ad daxil edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar