Prezidentliye iddia edenlerin sayı 17-e çatdı
19 Avqust 2013 Bazar Ertəsi 22:58
Daha iki nefer prezidentliye namizedliyini ireli sürüb.
Azərbaycanda daha iki nəfər prezidentliyə namizədliyi üçün seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bu barədə Trend-ə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.
A.Sarıyev bildirib ki, bunlar Ədalət Partiyasından partiyanın sədri İlyas İsmayılov və namizədliyi özü tərəfindən irəli sürülülən İlqar Məmmədovdur.
Qeyd edək ki, bununla da seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən prezidentliyə namizədlərin sayı 17 olub. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Elşən Həsənov və öz təşəbbüsü ilə namizədliyini irəli sürən İsmayıl Yusifov, Qüdrət İsaqov, Ədalət Partiyasından partiyanın sədri İlyas İsmayılov və namziədliyi özü tərəfindən irəli sürülülən İlqar Məmmədovdur.
12 nəfərin - Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Orucun, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin və Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclunun prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.
Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.
MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.
DOSTLARINLA PAYLAŞ: