Prezidentlərin təkbətək görüşü olub
09 Aprel 2009 Cümə Axşamı 18:05
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə və Bakıda səfərdə olan Ukrayna Prezidenti Viktor Yuşşenkonun təkbətək görüşü olub.

Görüşdə Azərbaycan-Ukrayna əlaqələrinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.
Dövlət başçıları ikitərəfli münasibətlərin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, səfər zamanı imzalanacaq sənədlər Azərbaycan ilə Ukrayna arasında əlaqələrin daha da dərinləşməsinə yaxşı zəmin yaradacaq.
Prezidentlər ölkələr arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını qeyd ediblər./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar