Prezident italiyalı nazir müavinlərini qəbul edib
09 İyul 2012 Bazar Ertəsi 19:38
Görüşdə Azərbaycan-İtaliya və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlər müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassun və iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinsentinin başçılıq etdikləri nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan prezidenti İlham Əliyev İtaliya Respublikasının xarici işlər nazirinin müavini xanım Marta Dassun və iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinsentinin başçılıq etdikləri nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin qarşılıqlı hörmət və maraq çərçivəsində inkişafından məmnunluq ifadə olunub, münasibətlərin daha da genişləndirilməsi üçün qarşıda duran vəzifələrin müzakirəsi baxımından səfərin önəmi qeyd edilib, Azərbaycan-İtaliya və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar