Prezident İlham Əliyev Haaqaya gedəcək
04 Fevral 2014 Çərşənbə Axşamı 14:11
Niderland Krallığının rəsmisi Azərbaycan prezidentinin nüvə təhlükəsizliyi üzrə növbəti sammitə dəvət edildiyini deyib.
Azərbaycan nüvə təhlükəsizliyi üzrə növbəti sammitə dəvət edilib. ANS PRESS-in məlumatına görə, bu barədə Niderland Krallığının xarici işlər naziri Frans Timmermans bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan prezidenti sammitdə iştirak edəcək:

“Nüvə enerjisindən sülh məqsədilə istifadə bizim hamımız üçün vacib məsələdir. Bu məsələdə Azərbaycanın təcrübəsi isə bizə maraqlıdır”.

Xatırladaq ki, bundan əvvəlki nüvə təhlükəsizliyi üzrə sammit 2012-ci ildə Seulda keçirilib. Azərbaycan prezidenti İlham Əliyev də həmin sammitdə iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar