Polşanın Azərbaycandakı səfiri Gəncədə olub
30 Aprel 2011 Şənbə 00:19
Mixal Labenda Azərbaycan Dövlət Aqrar Universitetində müəllim və tələbə kollektivi ilə görüşüb.
Polşanın Azərbaycandakı səfiri Mixal Labenda aprelin 29-da Gəncəyə səfər edib. O, şəhərdə bir sıra işgüzar görüşlər keçirib.
Şəhər icra hakimiyyətinin rəhbərliyi ilə görüşdə Azərbaycanla Polşa arasında sosial-iqtisadi, elmi-mədəni sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Mixal Labendanın Azərbaycan Dövlət Aqrar Universitetində müəllim və tələbə kollektivi ilə keçirdiyi görüşdə bu ali təhsil ocağı ilə gələcəkdə elm və tədris sahəsində əlaqələrin qurulması perspektivləri barədə işgüzar söhbət aparılıb. Polşanın tarixi, coğrafi mövqeyi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, dövlətçilik tarixi və təhsil sistemi barədə ətraflı məlumat verən diplomat onun ölkəsində azərbaycanlı tələbələrin də təhsil aldığını diqqətə çatdırıb.
Səfir qeyd etmişdir ki, Polşada Kənd Təsərrüfatı Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əlaqələrin qurulması hər iki təhsil ocağı üçün səmərəli olardı.
Görüşdən sonra Polşanın Azərbaycandakı səfiri Mixal Labenda aqrar universitetin tədris bazası ilə yaxından tanış olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: