Polad Bülbüloğlu: “Avropa ilə viza rejiminin asanlaşdırılmasına ümid edirik”
15 Dekabr 2009 Çərşənbə Axşamı 12:05
Səfir Polad Bülbüloğlu "Şərq Tərəfdaşlığı" proqramı ilə bağlı danışıb. Avropa ilə viza rejiminin asanlaşdırılmasına ümid edirik.
Azərbaycan ümid edir ki, “Şərq Tərəfdaşlığı” çərçivəsində Avropa İttifaqı ilə viza rejimi asanlaşdırılacaq. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ukraynanın “Unian” informasiya agentliyinə müsahibəsində bildirib.

“Bizim bütün ölkələrin böyük ehtimalla ümidləri – vətəndaşlarımızın Avropaya sakit getməsi və hərəkət etməsi üçün viza rejiminin yüngünləşdirilməsidir”, deyə P.Bülbüloğlu qeyd edib. Onun sözlərinə görə, bu proqram iştirakçı ölkələrin Avropa ilə yaxınlaşması üçün nəzərdə tutulub. Səfir, gələcəkdə bu proqram çərçivəsində iqtisadi layihələrin reallaşdırılacağını da istisna etməyib.

“Mən əminəm ki, “Şərq Tərəfdaşlığı heç kimə qarşı istiqamətlənməyib”, deyə Bülbüloğlu rusiyalı ekspertlərin proqramla bağlı şübhələrini şərh edib.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı bu ilin mayın 7-də Praqa sammitində yaradılıb. Bu proqram Avropa İttifaqının şərq qonşuları ilə münasibətlərinin güclənməsinə yönəldilib. “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Aİ Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə əməkdaşlıq edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar