Pakistan prezidenti Asif Əli Zərdari Azərbaycana səfərə gəlib
16 Oktyabr 2012 Çərşənbə Axşamı 04:12
Pakistan İslam Respublikasının prezidenti Asif Əli Zərdari oktyabrın 16-da Azərbaycan Respublikasına səfərə gəlib.
İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistan prezidentini hava limanında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar