Nemət Pənahlı 6 il həbs cəzası aldı
17 İyun 2011 Cümə 16:09
Xuliqanlıqda təqsirləndirilə AMDP sədri Nemət Pənahlı həbsxanaya göndərildi.
Bakının Nəsimi rayon Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı və onunla birgə saxlanılan Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Elman Əhmədovun sədrlik etdiyi prosesdə hökm oxunub. Məhkəmənin hökmünə əsasən Nemət Pənahlı 6 il, Ceyhun Fərzullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nemət Pənahlı və Ceyhun Fərzullayev bu il yanvarın 7-də saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Nemət Pənahlının 7 il 6 ay, Ceyhun Fərzullayevin isə 5 il müddətinə azadlıqdan məhkum edilməsini istəmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: