Nalbandyan Avropa Parlamentindən narazı qalıb
21 May 2010 Cümə 13:10
Nalbandyan: “Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Avropa İttifaqının mövqeyinə ziddir”
“Dünən Avropa Parlamenti tərəfindən qəbul olunan Cənubi Qafqaz üzrə qətnamənin müddəaları Avropa İttifaqının mövqeyinə ziddir”. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan belə bir bəyanatla çıxış edib.
“Mən Avropa Parlamentinə hörmətlə yanaşıram, lakin məruzədə Dağlıq Qarabağla bağlı yer alan müddəalar nə Madrid prinsipləri, nə də ki, Moskva bəyannaməsində səsləndirilməyib”, - deyə Nalbandyan cümə günü keçirilən birfinqdə bildirib.
Erməni nazir məruzənin formulunda aydın dolaşıqlıqların olduğunu bildirib. O, buna səbəb kimi, məruzəçinin məruzəni hazırlayan zaman heç vaxt Qarabağ və regionda olmamasını, Avropa İttifaqı üzvləri və ATƏT-in Minsk qrupu həmsədrləri, o cümlədən Fransadan olan həmsədrlə məsləhətləşmələr aparmamasını göstərib.
Qeyd edək ki, Avropa Parlamenti mayın 20-də Bolqarıstandan olan parlamentari Yevqeni Kirillov tərəfindən hazırlanmış Cənubi Qafqazda münaqişələrin nizamlanması üzrə qətnamə qəbul edib. Sənəddə bildirilir ki, Avropa bu region üzrə münasibətlərində mürəkkəb geosiyasi vəziyyətlərə düşür. Məruzə müəllifi həmçinin bu yaxınlarda regionda hərbi xərclərin artırılması ilə bağlı narahatlığını bildirib və Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: