Müxalifət liderlərinin qapalı görüşü olub
07 Mart 2013 Cümə Axşamı 18:29
İsa Qəmbər, Əli Kərimov və Eldar Namazov bir araya gəlib.
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər, “El” hərəkatının rəhbəri Eldar Namazov və AXCP sədri Əli Kərimli arasında görüş keçirilib. Eldar Namazovun APA-ya verdiyi məlumata görə, Müsavat Partiyasının qərargahında keçirilən görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, seçkiyə hazırlıq prosesi, müxalifət düşərgəsində bu istiqamətdə görülən işlər, o cümlədən müxalifətin birgə fəaliyyət imkanları və problemlər müzakirə mövzusu olub.

E. Namazov qeyd edib ki, görüş qapalı xarakter daşıdığından, burada müzakirə olunan məsələlərin detallarının açıqlanması məqsədəuyğun hesab edilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar