MSK Cemil Hesenlinin namizedliyini tesdiq etdi
29 Avqust 2013 Cümə Axşamı 16:38
Bu gün Merkezi Seçki Komissiyasının (MSK) növbeti iclası keçirilib. MSK Cemil Hesenlinin namizedliyini tesdiq edib.
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. ANS PRESS-in verdiyi xəbərə görə, iclasda Milli Şuranın əlavə vahid namizədi Cəmil Poladxan oğlu Həsənlinin namizədliyi təsdiqlənib. Cəmil Həsənlinin namizədliyi Demokratik Qüvvələrin Milli Şurası seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülüb. İclasda həmçinin Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, artıq sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən prezidentliyə namizədlərin sayı 21-ə çatıb. MSK 17 nəfərin - Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Orucun, Qüdrət İsaqovun, İsmayıl Yusifovun, Elşən Həsənovun, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclunun, Ədalət Partiyasının sədri İlyas İsmayılovun və öz təşəbbüsləri ilə namizədliyini irəli sürən İlqar Məmmədovun prezidentliyə namizədliklərini təsdiq edilib.

Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar