Moskvada Rusiya-Azərbaycan məsləhətləşmələri olub
15 Oktyabr 2012 Bazar Ertəsi 21:31
Xələf Xələfov rusiyalı həmkarı ilə Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparıb.
Bu gün Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Qriqori Karasin arasında görüş keçirilib. ANS PRESS-in Rusiya XİN-in saytına istinadən xəbərinə görə, görüşdə beynəlxalq arenada əməkdaşlıq və ikitərəfli münasibətlərin aktual məsələləri müzakirə olunub.

Qeyd edək ki, X. Xələfov Moskvaya Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr aparmaq üçün gedib.

Tərəflər 2010-cu ilin oktyabrında Bakıda keçirilmiş III Xəzər sammitinin qərarlarının yerinə yetirilmə vəziyyətini də müzakirə edib. Diplomatlar Aşqabadda “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın hazırlanması üzrə xarici işlər nazirləri müavinlərinin səviyyəsində xüsusi işçi qrupun növbəti iclasının çağırılmasını zəruri sayıb.

Görüşdə Rusiya Federasiyası prezidentinin MDB üzvü olan həmsərhəd ölkələrlə dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov də iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar