Misirin xarici işlər naziri Azərbaycana gəlir
21 May 2010 Cümə 12:40
Səfər 24-25 may tarixlərinə nəzərdə tutulub
Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Abul Ğeyt Azərbaycana rəsmi səfər edəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər 24-25 may tarixlərinə nəzərdə tutulub.

Məlumata görə, səfər proqramı çərcivəsində Əhməd Abul Ğeytin Azərbaycanın Baş naziri Artur Rasi-zadə və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşləri planlaşdırılır.

Xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar