Milli Şuranın sedri Cemil Hesenli İsa Qemberle görüşecek
04 Dekabr 2013 Çərşənbə 13:00
Cemil Hesenli Rüstem İbrahimbeyovun fexri sedrliyine birmenalı etiraz eden Müsavat Partiyasının Milli Şuradan çıxıb-çıxmayacağı ehtimalına da münasibet bildirib.
“Milli Şuranın sessiyasından sonra Rüstem İbrahimbeyovla elaqe saxlamışam. Rüstem İbrahimbeyov üçün sedr, fexri sedr, yaxud Milli Şuranın üzvü olmaq meqbuldur”. ANS PRESS-in melumatına göre, Bunu APA-ya açıqlamasında Milli Şuranın dünenki sessiyasında qurumun sedri seçilmiş Cemil Hesenli söyleyib.
Cemil Hesenli deyib ki, fexri sedrlik Milli Şuranın Rüstem İbrahimbeyova olan münasibetinin ifadesidir: “Rüstem İbrahimbeyov da fexri sedrlik meselesini bu cür qarşıladı”.
Cemil Hesenli Rüstem İbrahimbeyovun fexri sedrliyine birmenalı etiraz eden Müsavat Partiyasının Milli Şuradan çıxıb-çıxmayacağı ehtimalına da münasibet bildirib: “Müsavat Partiyası Milli Şurada temsil olunub ve olunacaq. Bu istiqametde ele bir narahatlıq yoxdur”.
C. Hesenli İsa Qemberle görüşmeyi planlaşdırdığını da deyib.
DOSTLARINLA PAYLAŞ: