Milli Şura yekun qerara gele bilmedi
12 Avqust 2013 Bazar Ertəsi 22:17
Milli Şura növbeti iclası avqustun 19-da keçirilecek.
Milli Şuranın prezident seçkilərində vahid namizədin müəyyənləşdiirilməsiilə bağlı bu gün saat 17.00-dən başlayan toplantısı başa çatıb. İclasda iştirak edənlərin ANS-in müxbirinə verdiyi məlumata görə, toplantı iştirakçıları Milli Şuradan vahid namizəd kimi qurumun sədri Rüstəm İbrahimbəyovun və ya alternativ namizədlərin irəli sürülməsi ilə bağlı yekdil rəyə gələ bilməyiblər. Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu növbəti iclasın avqustun 19-a təyin edildiyini açıqlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar