Milli Şura şerefli meğlubiyyete doğru gedir
22 Avqust 2013 Cümə Axşamı 21:12
Milli Şuranın hüquq komissiyasının sedri: Azerbaycanda müxalifetin vahid namizedi olmağa layiq şexs yoxdur.
Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal indiki şəraitdə şərəfli məğlubiyyətin elementlərini gördüyünü deyir. O bildirir: “Müxalifətin vahid namizəd ideyası ilə razı deyiləm, çünki Azərbaycanda elə bir lider yoxdur. Mənim belə bir təklifim olmuşdu ki, seçkilərə qədər uzun bir mərhələdə 4-5 namizəd seçki mübarizəsi aparsın və sonda 1 namizədi öz aralarından irəli versinlər. Amma buna getmədilər.”

Milli Şuranın növbəti sessiyası 26 avqusta təyin olunub. Vidadi Mirkamal sessiyanın 26-na təyin olunmasına etiraz edir. O deyir ki, 26 avqustda gərək R.İbrahimbəyovun taleyi həll olunmalıdır. 26-na qədər isə əslində ehtiyat vahid namizədin adı açıqlanmalı və Milli Şura rahat yoluna davam etməlidir. Milli Şuranın bəzi üzvləri və gənc fəallar sessiyanın 26 avqusta təyin olunmasına etirazlarını bildirirlər.

Eldar Namazov bildirdi ki, Milli Şuradakı problemlər 26 avqust sessiyasında həll olunacaq və sessiyada professor Cəmil Həsənlinin vahid ehtiyat namizəd kimi irəli sürülmə ehtimalı var. Vidadi Mirkamal isə deyir ki, Cəmil Həsənlinin ehtiyat namizəd kimi irəli sürülməsi artıq dəqiqdir.

Milli Şuradakı hadisələrə nəzər yetirdikdə görürük ki, Milli Şurada legitim idarəetmə aparatı yoxdur. Bunu Milli Şura üzvü Vidadi Mirkamal da təsdiq edir. O bildirir ki, partiya liderləri Milli Şuradakı vəziyyəti tormazlayan elementlərdən biridir. Milli Şuranın hüquqi bazası icra aparatı və 8 komissiya sədrindən ibarətdir. Vidadi Mirkamalın fikrincə partiya liderləri Milli Şuranın işinə mane olmamalıdılar.

Hüquqşünas Vidadi Mirkamal Milli Şuranın ilk aksiyasının uğursuz olmasını mitinqin avqust ayında keçirilməsində görür və bildirir ki, avqust ayı passiv aydır, şəhərdə əhali yoxdur, əksəriyyət istirahətdədir. O, mitinqin avqust ayında keçirilməməsi tərəfdarı olaraq dedi ki, biz mitinq məsələsində riskə getdik.



DOSTLARINLA PAYLAŞ:

oyunlar