Milli Şura ehtiyat vahid namized ireli sürdü
19 Avqust 2013 Bazar Ertəsi 21:45
Vahid namizedin kimliyi Milli Şuranın növbeti sessiyasında müeyyenleşdirilecek.
Avqustun 19-da Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası keçirilib. Modern.az-ın məlumatına görə, gərgin məqamlarla müşayiət olunan qapalı sessiyada müzakirələr 6 saastadək davam edib.

Nəhayət sonda president seçkilərinə ehtiyat namizədlə gedib-getməmək məsələsi səsə qoyulub. Səsvermənin nəticələrinə görə, sessiyada iştirak edənlərin 43 nəfəri ehtiyat namizəd variantının lehinə, 42 nəfəri isə əleyhinə səs verib. Beləliklə, ehtiyat vahid namizədin seçilməsi barədə qərar qəbul olunub.

Vahid namizədin kimliyi Milli Şuranın növbəti sessiyasında müəyyənləşdiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar