Milli Məclisin yaz sessiyası başlayır
01 Fevral 2013 Cümə 03:44
İlk iclasda 12 məsələyə baxılacaq.
Bu gün Milli Məclisin yaz sessiyası öz işinə başlayır. Parlamentin yaz sessiyasının ilk iclasının gündəliyinə 12 məsələ daxil edilib.

İclasda əvvəlcə Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunacaq, 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək.

Sonra deputatlar “Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişə və Azərbaycan Respublikasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə” məsələyə münasibət bildirəcəklər.

Bundan başqa, iclasda İnzibati Xətalar Məcəlləsinə, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Seleksiya nailiyyətləri haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” və “Patent haqqında” qanunlara dəyişikliklər ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar