Milli Məclisin iclasında mübahisə düşüb
30 Sentyabr 2011 Cümə 13:41
Zahid Orucun çıxışında təhsillə bağlı təklifə spiker Oqtay Əsədov sərt reaksiya verib.
Milli Məclisin bu keçirilən iclasında mübahisə millət vəkili Zahid Oruc və spiker Oqtay Əsədov arasında mübahisə düşüb. Lent.az-ın məlumatına görə, müzakirələr iclasın gündəliyinə aid olmasına baxmayaraq, Z.Orucun çıxışında təhsillə bağlı təklifinə spiker O.Əsədov sərt reaksiya verib.
Z.Orucun sözünü kəsən spiker ona yalnız gündəlikdəki müzakirələrdən danışmağı tövsiyə edib: “Biz burada gündəliyi müzakirə edirik, siz isə tamam başqa mövzudan danışırsınız. Biz təhsillə bağlı mövzuya da lazım olanda gələcəyik. Amma xahiş edirəm, indi hazırkı gündəlikdən danışın”.
Z.Oruc isə O.Əsədovun onun sözünü kəsməsinə sərt reaksiya verib: “Oqtay müəllim, mən sizin siyasi iradənizə heyranam və buna görə sizi yüksək dəyərləndirirəm. Amma əgər biz bu binanın içərisində ciddi məsələlərdən danışıb ciddi müzakirələr aparmasaq o zaman Milli Məclis ancaq zahirən yaxşı arxitekturaya malik muzeyə çevriləcək, parlamentə oxşamayacaq”.
Spiker yenidən deputatın sözünü kəsərək, “sizə heç kim ixtiyar verməyib ki, mənimlə belə danışasınız. Xahiş edirəm, təhqir etməyin siyasi iradə ilə bağlı kimisə məsxərəyə qoymayın!”
Sonda mübahisə bitib və Z.Oruc çıxışına davam edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: