Milli Məclisin deputatı Məlahət İbrahimqızı İsveçrəyə gedəcək
17 Mart 2011 Cümə Axşamı 20:27
Məlahət İbrahimqızı NATO-nun tədbirində iştirak edəcək.
Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyasındakı (NATO PA) nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı martın 30-dan aprelin 2-dək İsveçrədə səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, deputat NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı (PfP) çərçivəsində Cenevrədə təşkil edilən “Silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının yayılmaması məsələlərində parlamentlərin rolu” mövzusunda seminara qatılacaq.
Tədbirdə məqsəd tərksilah və kütləvi qırğın silahlarının yayılması ilə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması, müsbət təcrübə və strategiyaların müzakirə edilməsi yolu ilə bu işdə parlamentlərin rolunun artırılmasıdır. Seminara NATO üzvü olan 28 dövlətin və PfP-də iştirak edən 22 dövlətin parlamentarları, eləcə də həmin ölkələrdən elmi dairələrin və QHT-lərin nümayəndələri dəvət olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: