Milli Məclisdə sosial qanunlara baxılacaq
12 Mart 2011 Şənbə 18:41
“Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlara dəyişikliklər ediləcək.
Milli Məclisdə “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara əlavələr və dəyişikliklər edilməsi nəzərdə tutulur. Hər üç qanuna istehlakçının bu şəbəkələrə qoşulması üçün texniki şərtlərin verilməsi qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi barədə müddəaların əlavə olunması təklif edilir.

Bundan başqa, “Su təchizatı və tullantı suları haqqında” Qanuna sistemə qoşulmanın fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılması, həmçinin fiziki şəxs olan istehlakçıların sayğaclarla (suölçən cihazlarla) təchiz edilməsinin, quraşdırılmasının və dəyişdirilməsinin su təchizatı müəssisəsinin hesabına həyata keçirilməsi barədə əlavələr edilməsi təklif olunur.

Qeyd edək ki, məsələyə parlamentin müvafiq komitəsində baxılıb və Milli Məclisin plenar iclasına tövsiyə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar