Mikayıl Cabbarova başsağlığı verildi
27 Fevral 2014 Cümə Axşamı 10:17
Türkiyənin milli təhsil naziri Nəbi Avcı Mikayıl Cabbarova zəng edərək Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı başsağlığı verib.
Fevralın 26-da Türkiyə Respublikasının milli təhsil naziri Nəbi Avcı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova zəng edərək Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı başsağlığı verib.
Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Türkiyənin milli təhsil naziri insanlığa qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsinin qardaş ölkədə də ehtiramla anıldığını bildirib.
Söhbət zamanı Xocalı soyqırımının gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, bu faciə haqqında məlumatların, Türkiyənin ümumtəhsil məktəblərində tədris edilən dərsliklərdə də əksini tapmasının əhəmiyyəti qeyd olunub. Bu mövzunun tədrisi məsələsinin xüsusi yanaşma tələb etdiyini nəzərə alaraq, müvafiq mütəxəssislərin əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: