Metyu Brayza Azərbaycan jurnalistlərini təbrik etdi
23 İyul 2011 Şənbə 00:20
Metyu Brayza: “Azərbaycan jurnalistləri ilə əməkdaşlığımızı davam etdirməyi və qarşılıqlı hörmətimizi dərinləşdirməyi səbirsizliklə gözləyirəm”.
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Amerikanın diplomatik korpusu adından Milli Mətbuat Günü münasibəti ilə bütün jurnalistləri təbrik edib. Səfir Azərbaycan jurnalistləri ilə əməkdaşlığı davam etdirməyi və bunu inkişaf etdirməyi ümid etdiyini deyib: “Azad media demokratiyanın təməl hissəsidir. Jurnalistlərin ictimaiyyəti obyektiv olaraq peşəkar və fərdi etikaya müvafiq olaraq mühüm ictimai məsələlər barədə məlumatlandırmaq işi ictimaiyyətin ən böyük ehtiyaclarındandır. Azərbaycan jurnalistləri ilə əməkdaşlığımızı davam etdirməyi və qarşılıqlı hörmətimizi dərinləşdirməyi səbirsizliklə gözləyirəm”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar