Metyu Brayza ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə rəsmən namizəd oldu
26 May 2010 Çərşənbə 03:05
Barak Obamanın bu barədə təklifi Senatda səsə qoyulacaq.
ABŞ prezidenti Barak Obama Birlşəmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə Metyu Brayzanın namizədliyini irəli sürüb. Bu barədə məlumat Ağ Evin rəsmi saytına yerləşdirilib. Metyu Brayzanın namizədliyini ABŞ Senatı təsdiqləməlidir.

Metyu Brayza Azərbaycan əhalisinə yaxşı tanışdır. O, 2005-ci ildə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini təyin edilib. Metyu Brayza bu vəzifədə Cənubi Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələrə məsul olub, ABŞ-ın Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli səylərinə başçılıq edib, Birləşmiş Ştatların Qara dəniz və Xəzər dənizi bölgələrində enerji siyasətini əlaqələrdirib.

Metyu Brayza 2006-2009-cu illərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunda amerikalı həmsədr vəzifəsini daşıyıb.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi 2009-cu ilin iyulundan boşdur. Ötən yay səlahiyyət müddəti bitən Enn Dörsidən sonra səfir postuna heç kim təyin edilməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar