Məmmədyarov gürcü həmkarını Bakıya dəvət edib
07 Noyabr 2012 Çərşənbə 18:26
Nazirin məktubunu Maya Pancikidzeyə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn təqdim edib.
Azərbaycanın xarici işlər naziri gürcü həmkarını Bakıya səfərə dəvət edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun adından dəvət və Gürcüstan XİN rəhbəri vəzifəsinə təyin edilməsi ilə bağlı təbrik məktubunu Maya Pancikidzeyə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn təqdim edib. Bu barədə “Trend”ə Gürcüstan XİN-dən məlumat verilib.

Görüşdə tərəflər birgə əməkdaşlıq istiqamətlərini və əməkdaşlığın inkişafı perspektivlərini nəzərdən keçirib. İki ölkə arasında mövcud mehriban qonşuluq münasibətlərinin və strateji əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan səfiri rəsmi Bakının Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə sadiqliyini bir daha qeyd edib. Azər Hüseyn xanım Pancikidzeyə gələcək fəaliyyətində uğurlar arzulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar