Londonun meri Alderman İan Luder Bakıda rəsmi səfərdədir. Britaniyada yerləşən maliyyə xidmətləri sektorunun seçilmiş səfiri olan London merini səfərdə maliyyə sektorunun müxtəlif sahələrində aparıcı rol oynayan 14 şirkətin nümayəndələri müşayiət edəcək.
İyulun 22-nə kimi Bakıda olacaq Alderman İan Luder prezident İlham Əliyevin qəbulunda olacaq. Maliyyə, iqtisadi inkişaf, rabitə və informasiya texnologiyaları nazirləri, Mərkəzi Bankın idarə heyətinin sədri, Beynəlxalq Bankın sədri, yerli aparıcı bankların nümayəndələri ilə görüşlər keçirəcək. /ANS TV/