Liviyadakı Azərbaycan səfirliyi fəaliyyətini davam etdirir
21 Mart 2011 Bazar Ertəsi 21:07
Amma səfir Ağasəlim Şükürov imkan düşən kimi ölkəni tərk edəcəklərini istisna etmir.
Liviyada vətəndaş müharibəsinin getdiyi ərəfədə fövqəladə vəziyyətə baxmayaraq, paytaxt Tripolidəki Azərbaycan səfirliyi fəaliyyətini davam etdirir. Amma səfir Ağasəlim Şükürov imkan düşən kimi Liviyanı tərk edəcəklərini də istisna etmir.

Onun sözlərinə görə, səfirliyin fəaliyyətinə hadisələrin təsir var: “Ancaq biz çalışırıq ki, fəaliyyətimizi dayandırmayaq. Normal fəaliyyətdə işləyirik”.

Səfir deyir ki, onunla birlikdə səfirlikdə 4 nəfər var: “Qida ilə problemimiz yoxdur. Burada səfirliklər az miqdarda qalıb, hərə öz səfirliyində fəaliyyət göstərir. Təcrübə belə göstərir ki, səfirlikləri vurmurlar”.

A. Şükürov deyir ki, bütün Azərbaycan vətəndaşlarını hələ fevral ayından bununla bağlı xəbərdar etmişik. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar