Litvanın baş naziri Andrius Kubilius sabah Azərbaycana gəlir
04 İyul 2011 Bazar Ertəsi 15:14
Litvanın baş naziri Andrius Kubilius sabah Azərbaycana səfərə gəlir.
Bu barədə APA-ya Azərbaycandakı Litva səfirliyindən məlumat verilib. İki gün davam edəcək səfər zamanı Litvanın hökumət başçısı Azərbaycan rəhbərliyi ilə bir sıra işgüzar görüşlər keçirəcək.

Təmaslar zamanı qarşılıqlı sərmayələrin təşviqi, enerji, nəqliyyat və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olacaq. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar