Litvanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
08 İyul 2012 Bazar 01:27
Azərbaycan Prezidenti İlham Əliyev Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
 

APA-nın məlumatına görə, prezident səfirə diplomatik fəaliyyəti dövründə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı göstərdiyi səylərə görə təşəkkürünü bildirib. Bu müddətdə əlaqələrin inkişafında böyük irəliləyişlərin olduğunu vurğulayan dövlət başçısı Litva rəhbərliyinin Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu vurğulayıb. Litvalı diplomat iki ölkə arasında münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar