Latviya xarici işlər naziri Maris Riekstinş aprelin 16-17-də Bakıda rəsmi səfərdə olacaq.
O, azərbaycanlı həmkarı Elmar Məmmədyarov və iqtisadi inkişaf naziri Şahin Mustafayevlə də görüşəcək.
Danışıqlarda ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadi əlaqələrin dərinləşməsi məsələləri müzakirə olunacaq. M. Riekstinşi müşayiət edəcək nümayəndə heyətinə sahibkarlar da daxildir.
Qeyd edək ki, Latviya XİN başçısının Bakıya səfəri cavab xarakterlidir. Belə ki, E. Məmmədyarov ötən ilin aprelində Riqada səfərdə olub və həmin vaxt həmkarını Bakıya dəvət edib.
APA