Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edib
28 Aprel 2014 Bazar Ertəsi 20:08
Kəmaləddin Heydərov tərəfindən qəbul edilən 33 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb.
Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qəbələ şəhərində Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinlərinin qəbulunu keçirib.

ANS PPRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 33 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 130, şimal-qərb bölgəsində baş vermiş zəlzələnin fəsadları ilə bağlı 53 və digər məsələlərlə bağlı müraciət etmiş 106 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar