Kemaleddin Heyderov Qazaxıstanın Azerbaycandakı sefirini qebul edib
26 Avqust 2013 Bazar Ertəsi 13:07
Görüş zamanı qonağa fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verilib
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qazaxıstan fövqəladə və səlahiyyətli səfiri cənab Amangeldi Jumabayev ilə görüşüb. ANS PRESS FHN-ə istinadən xəbər verir ki, nazir, ilk növbədə, cənab Jumabayevə Azərbaycanda diplomatik fəaliyyətə başlanması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı nazir qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Nazir həmçinin, hər iki ölkənin Fövqəladə Hallar Nazirlikləri arasında mövcud əməkdaşlıq əlaqələrindən razılığını ifadə edib.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və gələcəkdə ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar