Kəmaləddin Heydərov Macarıstanın səfiri ilə görüşüb
04 İyun 2013 Çərşənbə Axşamı 11:28
Nazir FHN-nin qurumları və fəaliyyəti haqqında ümumi məlumat verib.
Fövqəladə Hallar Nazirliyində (FHN) Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutora ilə görüş olub.

Nazirlikdən verilın məlumqta görə, nazir görüş zamanı FHN, onun qurumları və fəaliyyəti haqqında ümumi məlumat verib, beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işləri qonağın diqqətinə çatdırıb.

Macarıstan səfiri Azərbaycanla Macarıstan arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu əməkdaşlığın genişlənməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar