İtaliyanın baş qərargah rəisi Azərbaycana gəlir
10 İyul 2012 Çərşənbə Axşamı 11:45
Səfər iyulun 19-dək davam edəcək.
Azərbaycanda NATO arasında imzalanmış “Sülh naminə tərəfdaşliq” proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramı əsasında bir sıra tədbirlər və səfər həyata keçiriləcək.
Bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, İstanbulda 10 iyul –13 avqust tarixində “Açıq Dəniz Təlimi 3” keçiriləcək.
12-19 iyulda isə Manhaym (AFR) Təbabətə baxış konfransı olacaq. OCC 2-ci səviyyəli NATO qiymətləndirilməsi təlimi 14-19 iyul tarixlərində Odessada gerçəkləşəcək.
Niderlandın Virt şəhərində Çavuşlar üçün tədris planın hazırlanması məqsədilə işçi görüşü iyulun 16-dan 20-dək davam edəcək. “Rapid Triedent 2012” çoxmillətli komanda-qərargah və səhra təlimi 16-28 iyulda Lvovda baş tutacaq.
İyulun 17-də İtaliya Baş Qərargah Rəisinin Azərbaycana rəsmi səfəri olacaq. Səfər iyulun 19-dək davam edəcək.
“Hərbi və beynəlxalq təhlükəsizlik əməliyyatları zamanı səhiyyə təhlükəsizliyi və əməkdaşlıq məsələləri” konfransı 17-19 iyul tarixlərində Qarmişdə (AFR) keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: