İtaliyadakı səfir Vaqif Sadıqov Romada Şərqşünaslıq İnstitutunda mühazirə ilə çıxış edib
12 Mart 2011 Şənbə 15:46
İtaliyadakı səfir Vaqif Sadıqov Romada Şərqşünaslıq İnstitutunda mühazirə ilə çıxış edib. Mühazirədə İtaliyanın digər təhsil ocaqlarının və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri də iştirak edib.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov İtaliyanın, eləcə də Avropanın şərqşünaslıq mərkəzlərindən olan, Romada yerləşən Karlo Alfonso Nallino adına Şərqşünaslıq İnstitutunda “Azərbaycan Qərblə Şərqin yolayrıcında" mövzusunda mühazirə ilə çıxış edib. Azərbaycanın İtaliyadakı Səfirliyindən verilən məlumata əsasən, mühazirədə həmin İnstitutun, eləcə də İtaliyanın digər təhsil ocaqlarının və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan İnstitutun prezidenti professor Klaudio Lo Yakono Azərbaycanın elmi tədqiqatlar baxımından böyük maraq kəsb edən ölkələrdən olduğunu qeyd edib. Səfir V.Sadıqov öz çıxışı zamanı Azərbaycanın tarixi, mədəniyyəti, siyasi və iqtisadi həyatı barədə məlumat verib. Ölkəmizin regionda, eləcə də bütünlükdə beynəlxalq münasibətlər sistemində rolundan söhbət açıb, xüsusilə də Azərbaycanın əsas iştirakçısı olduğu artıq həyata keçirilmiş və perspektivdə olan beynəlxalq enerji və kommunikasiya layihələri barədə danışıb.

Səfir həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və danışıqlar prosesinin hazırkı durumuna toxunaraq, münaqişənin həllində ölkəmizin tutduğu ədalətli mövqe barədə iştirakçılara ətraflı məlumat verib.

Sonda səfir V.Sadıqov iştirakçıların çoxsaylı suallarını cavablandırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar