İsrailin xarici işlər naziri Azərbaycanda səfərdədir
23 Aprel 2012 Bazar Ertəsi 10:24
İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycanda səfərdədir.
APA-nın məlumatına görə, İsrail xarici siyasət idarəsinin rəhbəri keçirəcəyi rəsmi görüşlərdə ikitərəfli münasibətləri müzakirə edəcək, Azərbaycan Dillər Universitetində İsrail Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində iştirak edəcək, Azərbaycanın yəhudi icmasının üzvləri ilə görüşəcək.
Səfər Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar