İsa Qəmbər 6 saat yarım istintaqa ifadə verib
15 Aprel 2011 Cümə 17:42
Müsavat Partiyasının başqanı İsa Qəmbər Bakı Şəhər Baş Polis İdarəsində istintaqa ifadə verib.
APA-nın xəbərinə görə, proses 6 saat yarım çəkib. İstintaqa ifadə verdikdən sonra Müsavat başqanı jurnalistlərə bildirib ki, onu iki nəfər İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiya ilə bağlı dindirib. Onu dindirənlərdən biri 2 aprel aksiyası ilə bağlı yaradılan istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev olub.
“Aksiya ilə bağlı başlanmış cinayət işinə görə müxalifət liderləri də həbs edilə bilərlərmi” sualına İ. Qəmbər belə cavab verib: “Bu məsələdə problem yoxdur. Biz bu mübarizənin önündə gedirik. Hakimiyyət bizim qanuni aksiya hüququmuzu cinayət kimi qəbul edirsə, buyurub, həbs etsinlər”.
Müsavat başqanı ona İctimai Palatanın aprelin 17-nə təyin etdiyi aksiya barədə heç bir sual verilmədiyini də qeyd edib. APA
DOSTLARINLA PAYLAŞ: