İranın təhsil naziri Həmidrza Babayi Azərbaycana gəlib
11 İyul 2012 Çərşənbə 18:02
Həmidrza Babayi prezidenti İlham Əliyevlə görüşəcək.
İran İslam Respublikasının təhsil naziri Həmidrza Babayi Azərbaycana gəlib.Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində H.Babayi Azərbaycan prezidenti İlham Əliyev ilə görüşəcək və Qoşulmayanlar Hərəkatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında iştirakla əlaqədar İran prezidenti Mahmud Əhmədinejad tərəfindən Azərbaycan prezidenti İ. Əliyevə ünvanlanmış dəvət məktubunu təqdim edəcək. Nazirin Azərbaycan digər dövlət rəsmiləri ilə də görüşləri nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: