İranın Hidrometeorologiya Təşkilatının sədri Azərbaycanda səfərdədir
12 İyul 2012 Cümə Axşamı 12:39
İran İslam Respublikasının Hidrometeorologiya Təşkilatının sədri Bəhram Sənayi Azərbaycanda səfərdədir.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi hər iki ölkəni maraqlandıran məsələlərin müzakirəsi, eləcə də hidrometeorologiya və Xəzər dənizinin qorunması üzrə əlaqələndirici komitənin hazırladığı razılaşmanın imzalanması istiqamətində fikir mübadiləsi aparmaqdır.

B. Sənai səfəri çərçivəsində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Rza Mahmudovla görüşüb, danışıqlar aparacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar