İlqar Memmedovun namizedliyi qeyde alınmadı
24 Avqust 2013 Şənbə 14:56
Mərkəzi Seçki Komissiyası (MSK) növbəti iclası keçirilib. İlqar Memmedovun namizedliyi qeyde alınmayıb.
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. ANS PRESS-in verdiyi xəbərə görə, iclasda İlyas İsmayılovun Ədalət Partiyası tərəfindən prezidentliyə namizədliyi təsdiq edilib.
MSK-nın bu gün keçirilən iclasında həmçinin Namizədliyinin təsdiq olunması ilə bağlı İlqar Məmmədovun MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olmadığı qənaətinə gəlinib. Toplantıda Ədalət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Qeyd edək ki, indiyə qədər seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən prezidentliyə namizədlərin sayı 18-ə çatıb. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Elşən Həsənov və öz təşəbbüsü ilə namizədliyini irəli sürən İsmayıl Yusifov, Qüdrət İsaqov, Ədalət Partiyasından partiyanın sədri İlyas İsmayılov və namizədliyi özü tərəfindən irəli sürülən İlqar Məmmədovdur, Milli Şuranın təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovdur.
15 nəfərin - Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Orucun, Qüdrət İsaqovun, İsmayıl Yusifovun, Elşən Həsənovun, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin və Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclunun, prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.
Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: